ABŞ öldürülmüş hüquqçuya görə rusiyalı məmurları cəzalandırır
07 dekabr 2012 07:39 (UTC +04:00)

ABŞ öldürülmüş hüquqçuya görə rusiyalı məmurları cəzalandırır

Ötən gün Rusiya ilə ABŞ arasında ciddi gərginlik yaranıb.
Əvvəla tərəflər Suriya ilə bağlı məsələdə ortaq mövqe əldə edə bilməyib. Bunun ardınca ABŞ Rusiyada demokratiyanı və bu yöndə fəaliyyət göstərən insanları dəstəkləyəcəyini bildirib.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Amerika senatının «Maqnitsk qanununu» qəbul etməsinə cavab olaraq, Rusiya da insan haqlarını pozanların ABŞ-dan çıxmasına yasaqlayıb.

Bu haqda məlumatı Federasiyanın xarici işlər naziri Sergey Lavrov jurnalistlərə çatdırıb.
«Dublində Hillari Klintonla görüşdə mən bildirdim ki, insan haqlarını pozan amerikalılara biz qapılarımızı bağlayacağıq»-deyə, rusiyalı diplomat bildirib.

Xatırladaq ki, ötən gün ABŞ-la Rusiya arasında ticarəti məhdudlaşdıran, keçmiş sovetlər dövründə qəbul edilmiş «Cekson-Venika» qanununa dəyişikliklər ləğv edilsə də, senatorlar «Maqnitsk aktı»nı qəbul edib. Bu sənəd isə hüquqçu Maqnitskinin qətlində iştirak edən rusiyalı məmurlara viza verilməsini yasaqlayan sanksiyadır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112

Oxşar yazılar