Səfirliyə atəş açana 18 il iş kəsilib
Bosniya və Hersoqovinanın vətəndaşı Mövlud Yaşareviç 18 ilə azadlıqdan məhrum edilib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, 2011-ci ilin oktyabrında ABŞ-ın Sarayevodakı səfirliyinin binasına avtomatdan atəş açıb.
Hökmün sərtliyinə aydınlıq gətirən hakimin fikrincə, Yaşareviç yerli polisə, səfirliyin binasına yüzdən artıq güllə atmaqla terror aksiyası törədib. Bu atəş nəticəsində bir polis və terrorçunun özü yaralanıb.
İstintaqın nəticələrinə əsasən Yaşareviç bosniyalı vəhabilərdəndir. O, ABŞ-ın Əfqanıstandakı fəaliyyətinə «etiraz əlaməti» olaraq, bu cinayəti törətdiyini bildirib.
Onunla əlbir olan daha iki nəfərlə bağlı yetərincə, dəlil-sübut olmadığından onlar məhkəmə zalından azad ediliblər.

Oxşar yazılar

Rumıniya dağlarında faciə
24 avqust 2025 , 12:05
ABŞ Ukraynaya belə icazə vermir
24 avqust 2025 , 09:23
Rocer Federer “Forbes” jurnalının milyarderlər siyahısında yer alıb
24 avqust 2025 , 08:37
ABŞ Kiyevə 3350 ədəd uzaqmənzilli raket satmağa razılıq verdi
24 avqust 2025 , 05:35
Dünyanın ən aktiv vulkanı yenidən püskürdü
24 avqust 2025 , 03:35
“TikTok” Böyük Britaniyada yüzlərlə iş yerini ixtisar edə bilər
24 avqust 2025 , 01:01
Tanınmış bloger Arsen Markaryan Rusiyada saxlanıldı
23 avqust 2025 , 21:02