Kürd yaraqlıları İraq vertolyotuna atəş açıb
06 dekabr 2012 06:49 (UTC +04:00)

Kürd yaraqlıları İraq vertolyotuna atəş açıb

İraqın şimalındakı kürd yaraqlıları Kərkük yaxınlığında baş verənləri izləyən İraq vertolyotuna atəş açdıqları iddia edilib.
Lent.az-ın Türkiyə «NTV»-inə istinadən məlumatına görə, onların təmsilçisi Ənvər Hacı Osman atəşin açıldığını təsdiqləyərək, məqsədlərinin vertolyotu idarə edənləri qorxutmaq olub.
«Bununla onlara çatdırdıq ki, uçuşları belə davam etdirərlərsə, vuracağıq»- deyə, təmsilçi bildirib.
Açılan atəşdən sonra vertolyotun həmin ərazidən uzaqlaşdığı bildirilib.
Qeyd edək ki, İraqın mərkəzi hakimiyyəti ilə ölkənin şimalındakı kürd idarəçilər arasında Kərküklə bağlı gərginlik yaşanmaqdadır. Kürd idarəçiləri tarixən türkmən torpaqları olmuş bu əraziləri özününküləşdirərək, indi onları İraq mərkəzi hakimiyyətin tabeliyindən çıxarmağa çalışırlar. Nəzərə almaq lazımdır ki, o, yerlər həm də neftlə zəngindir.
Yeri gəlmişkən, İraq ərazisində kürd yaşayan yerlərin hamısına ölkənin şimalındakı idarəçilər «kürd torpağı» adı ilə iddia edirlər.
Şəhərin 10 km-lik yaxınlığına kürdlər top, tank və başqa zirehli texnika ilə cəmləşib.
Kərkük yaxınlığındakı türkmənlərin çoxluq təşkil etdiyi Tozhurmatuya mülki geyimli İraq əsgərlərinin girdiyi haqda da məlumat yayılıb.

İraq məclisinin sədri Üsamə Nuceyfi ölkənin baş naziri Nuri əl-Maliki ilə ölkənin şimalındakı idarəçilərin başçısı Məsud Barzani arasında danışıqlar aparır. Hələlik bu vasitəçilik bir nəticə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 963

Oxşar yazılar