Senat Pentaqona 631 milyard büdcə ayırdı
05 dekabr 2012 05:34 (UTC +04:00)

Senat Pentaqona 631 milyard büdcə ayırdı

ABŞ senatı bir səslə ölkənin müdafiə büdcəsini təsdiqləyib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, gələn maliyyə ilində bu sahənin xərcləri 631 milyard dollar həcmində olacaq. Bu vəsaitin bir hissəsi silah –sursat almağa, eləcə hərbçilərin aylıq maaşlarının 1,7 faiz artmasına xərclənəcək.

Sənəddə ABŞ ordusunun Əfqanıstandan çıxarılması, habelə İran qarşı sanksiyaların sərtləşdirilməsi ilə əlaqədar görüləcək tədbirlər də büdcə xərclərində nəzərdə tutulub.

Senat tərəfindən təsdiqlənən bu qanun, Konqresin Nümayəndələr palatası tərəfindən öncə təsdiqlənmiş variantla razılaşdırılmalıdır. Bundan sonra qanun layihəsi prezident tərəfindən icra üçün təsdiqlənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734

Oxşar yazılar