Türkiyəli naziri İraqın şimalına buraxmayıblar
04 dekabr 2012 22:53 (UTC +04:00)

Türkiyəli naziri İraqın şimalına buraxmayıblar

Türkiyənin energetika və təbii ehtiyatlar naziri Tanər Yıldızın olduğu təyyarənin Ərbildə enməsinə icazə verilməyib.
Lent.az-ən Türkiyə «NTV»sinə istinadən məlumatına görə, nazir Ərbildə neft və təbii qaza dair konfransda iştirak etmək üçün İraqa gedirmiş.

Onu aparan təyyarənin enməsinə icazəni isə İraq hakimiyyəti verməyib. Bu qadağanın səbəbi açıqlanmayıb. Bununla belə Bağdadla Ankara arasında bir sıra məsələlərlə bağlı gərginlik yaşanmaqdadır.

Heç şübhəsiz bunlardan biri Türkiyə hökumətinin İraqın şimalına nəzarət edənlərlə neftlə bağlı müqavilə imzalamasıdır. Başqa biri isə İraq prezidentinin müavini Tarik əl–Haşiminin Türkiyəyə sığınması və rəsmi Ankaranın onu himayə etməsidir.

«NTV»-yə müsahibəsində Tanər Yıldız deyib ki, İraqın şimalını idarə edən qurumun başçılarından biri Nəçirvan Bərzani ilə görüşmək niyyətində olub və ona Ərbil hava limanının uçuşa bağlı olduğunu deyiblər. Bunun belə nazir Türkiyə Xarici İşlər Nazirliyinin məsələyə dair danışıqlar apardığını da vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1130

Oxşar yazılar