İran Əsədə sığınacaq verməyə hazırdır
04 dekabr 2012 10:41 (UTC +04:00)

İran Əsədə sığınacaq verməyə hazırdır

Lent.az-ın verdiyi məlumata görə, Livanın “Al-Mustaqbal” qəzeti İran parlamentinin sədri Əli Laricani və İraq hökumətinin təmsilçiləri arasındakı danışığın audioyazısını yayıb.

Əli Laricani söhbətdə deyir ki, Bəşər Əsəd uzun müddət dözə bilməyəcək, Suriyada vəziyyət böhran həddindədir. Bəşər Əsədin Suriyada siyasi gələcəyinin olmadığını vurğulayan Əli Laricani onu da bildirir ki, Tehran son ana qədər Bəşər Əsədi müdafiə edəcək. O, Tehranın Bəşər Əsədə siyasi sığınacaq verməyə hazır olduğunu da dilə gətirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1321

Oxşar yazılar