Əsədin “düşünən beyni” qaçdı - FOTO
0
0
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, savadı, inandırma gücü, davranışları və geyimi ilə həmişə diqqət mərkəzində olan Cihad Makdisi Suriya prezidenti Bəşər Əsədin faktiki sözçüsü kimi qəbul edilirdi.
İki gün əvvəl ailəsi ilə Livanın paytaxtı Beyruta gələn, dünən axşam saatlarında isə təyyarə ilə Londona gələn Cihad Makdisinin 24 saat ərzində mətbuat konfransı keçirəcəyi bildirilir. Cihad Makdisinin Dəməşqdəki evinin Suriya hakimiyyətini dəstəkləyən “Şebbiha” silahlıları tərəfindən yandırıldığı da məlum olub.
Livanda “Hizbullah” Hərəkatına yaxınlığı ilə seçilən “El Manar” telekanalı isə Cihad Makdisinin Suriyanın əlindəki kimyəvi silahları müxaliflərə qarşı istifadə etməyəcəyi barədə bəyanatının Bəşər Əsədi narazı saldığı və bunun üçün vəzifəsindən uzaqlaşdırıldığı barədə xəbər yayıb.