«Misir vətəndaş savaşı astanasında»
04 dekabr 2012 07:31 (UTC +04:00)

«Misir vətəndaş savaşı astanasında»

Misirin keçmiş hərbi kəşfiyyatının rəhbərlərindən biri, general Sameh Seyf əl-Yazəl «əl-Qüds əl-Ərəbi» qəzetinə ölkədə baş verənlərlə bağlı müsahibə verib.

Lent.az-ın MIGnews-a istinadən məlumatına görə, o, xəbərdarlıq edərək, deyib: «Ölkə vətəndaş müharibəsi astanasındadır. Liviyadan gətirilən silah-sursat cari siyasi münaqişə açısından islamçılar tərəfindən öz xalqına qarşı istifadə edilə bilər.Misirə xarici hərbi müdaxilə vacibdir. Əks halda o, vətəndaş savaşına sürüklənəcək».

Misir üzrə amerikalı mütəxəssis, doktor Mamun Fandi də xəbərdarlıqla çıxış edib:«Prezident Məhəmməd Mursinin fəaliyyəti gələcəkdə cəmiyyəti parçalanmaya aparacaq. Nəticədə ölkə dağılacaq. Mursinin inadkarlığı rəqibləri tərəfindən daha güclü inadla qarşılanır. Misirin parçalanması Livan, yaxud Fələstini, «Fəth»-lə «HƏMAS»ın parçalanmasını xatırladacaq. İnadcıllıqlarının ölkəni cəhənnəmə çevirəcəyi faktını misirlilər özləri anlayırmı?»
# 1309

Oxşar yazılar

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

Molla rejimi milli fəalın evinə basqın etdi – Anasını tutdular

13 may 2024 , 12:12
Şənlikdə atışma:  3 nəfər öldü

Şənlikdə atışma: 3 nəfər öldü

13 may 2024 , 07:49
Rusiyada güclü zəlzələ

Rusiyada güclü zəlzələ

13 may 2024 , 06:40
Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti  çıxarıldı  -YENİLƏNİB-4

Yaşayış binası vuruldu: Dağıntılar altından 14 nəfərin meyiti çıxarıldı -YENİLƏNİB-4

13 may 2024 , 05:01
Putin Şoyquya yeni vəzifə  verdi

Putin Şoyquya yeni vəzifə verdi

12 may 2024 , 22:46
Rusiya Avropaya nə vaxt hücum edə bilər?  - Analitiklərin PROQNOZLARI

Rusiya Avropaya nə vaxt hücum edə bilər? - Analitiklərin PROQNOZLARI

12 may 2024 , 19:31
Almaniyanın belə problemi var

Almaniyanın belə problemi var

12 may 2024 , 17:17
Sabahdan Kosovada bu pula qadağa qoyulur

Sabahdan Kosovada bu pula qadağa qoyulur

12 may 2024 , 16:12