Britaniya taxt-tacına yeni iddiaçı dünyaya gəlir
04 dekabr 2012 02:14 (UTC +04:00)

Britaniya taxt-tacına yeni iddiaçı dünyaya gəlir

Kembric hersoqiniyası, Britаniya şahzadə Uilyamın xanımı ana olmağa hazırlaşır.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu xəbəri Britaniya kral ailəsi də təsdiqləyib.

Keyt səhər kefsiz olması ilə bağlı xəstəxanaya müraciət edəndən sonra hamilə olduğunu bilib.

Beləliklə, Britaniya taxt-tacına yeni namizədin dünyaya gəldiyi də ehtimal edilir. Əgər şahzadə Uilyam taxtda oturarsa, o zaman cinsindən asılı olmayaraq, doğulacaq körpə Britaniya taxt-tacına ilk iddiaçı ola bilər.

Baş nazir onları təbrik edərək, bildirib ki, onlar «çox yaxşı ata-ana olacaq».
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1011

Oxşar yazılar