Eritreyanın futbol komandası Uqandada «yoxa» çıxıb
0
0
Futbol üzrə Eritreya yığmasının az qala bütün heyəti, 17 oyunçu, komandanın həkimi Uqandada «yoxa» çıxıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, müxalifət ehtimal edib ki, onlar xarici ölkədə gizlənərək, siyasi sığınacaq almaq niyyətindədirlər.
Komanda Şərqi və Mərkəzi Afrika Futbol Assosiasiyalarının keçirdiyi turnirə qatılmaq üçün adı çəkilən ölkəyə səfər edib.
Mənbənin məlumatına əsasən, bu ilk olay deyil. Hələ 2009-cu ildə Eritreyanın 13 futbolçusu Keniyada keçirilən regional oyundan sonra «yoxa» çıxmışdı.
BMT-nin bildirdiyinə görə, yalnız futbolçular deyil, hər ay Eritreyanın yüzlərlə vətəndaşı ölkədən qaçır. Buna səbəb kimi müşahidəçilər, hakimiyyətin represiv siyasətini, səfalət və yoxsulluğu, eləcə də hərbi səfərbərliyi əsas göstərir.
Eritreya hakimiyyəti isə bu ittihamları rədd edərək, bildirir ki, BMT faktları saxtalaşdırır.