Hollandiyada PKK-ya qarşı genişmiqyaslı əməliyyat
0
0
Bu gün səhər saatlarında Hollandiyada PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Zeeland bölgəsində Ellemeent kəndindəki bir düşərgədə gizli toplantı keçirən PKK üzvlərinin yaxalanması üçün keçirilən əməliyyatda 150 polis iştirak edib.
Vertolyotlardan da istifadə edilən əməliyyat zamanı 55 nəfər saxlanılıb. Saxlanılan şəxslər PKK terror təşkilatının üzvləridir.
Qeyd edək ki, Hollandiya 2007-ci ildən PKK-nı terror təşkilatları siyahısına salıb.