İstanbuldakı qətliamın səbəbi məlum oldu - YENİLƏNİB - FOTO
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 18 yaşlı Aziz Bozanın bu cinayəti qarşılıqsız eşq səbəbindən törətdiyi məlum olub. Aziz Bozan ögey qardaşlarına məxsus “Bozan Gömlek” emalatxanasında çalışan 16 yaşlı Zeynəb Tosunu sevib. O, bu gün Z.Tosunun yanına gəlib, onunla danışmaq istədiyini söyləyib. Ancaq gənc qız danışmaq istəmədiyini bildirib və qışqıraraq onu rahat buraxmasını istəyib. Buna qəzəblənən Aziz Bozan qıza əli ilə zərbə endirib. Yerə yıxılan qız ayağa duraraq, üst mərtəbəyə, emalatxana sahiblərinin olduğu ofisə yüyürüb. Geyim mağazası olan mərtəbədə yerləşən ofisdə olan evli və 2 uşaq atası 32 yaşlı Mehmet Bozan, qardaşları - 25 yaşlı Abdullah Bozan və 22 yaşlı Şehmus Bozan ofisə daxil olan ögey qardaşları Aziz Bozanı sakitləşdirməyə çalışıblar. Lakin Zeynəb Tosunla danışmaqda israr edən Aziz Bozan qardaşlarının buna mane olmasına qəzəblənərək silahını çıxarıb və atəş açıb. O, otaqda olanların hamısını vurduqdan sonra silahı başına çevirərək özünü vurub.
Silah səsinə ora gələnlər yerdə qanlar içərisində uzanmış 5 nəfəri görüblər. Dərhal polis və təcili yardıma zəng açılıb. Xəstəxanaya aparılan Abdullah Bozan, Mehmet Bozan, Zeynep Tosun və Aziz Bozan ölüblər. Şehmus Bozan isə yüngül yara alıb, həyatı üçün təhlükə yoxdur.
***
3 dekabr 2012 14:52
Bu gün İstanbulda faciəli olay yaşanıb.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Bağçılar məhəlləsində geyim mağazasına daxil olan bir nəfər öncə mağazadakı insanlara atəş açıb, sonra da intihar edib.
Olay zamanı 6 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.

Oxşar yazılar

Ata 15 yaşlı oğlunu öz məşuqləri ilə cinsi əlaqəyə məcbur etdi
22 aprel 2025 , 10:28
Pələng uşağı ailəsinin yanında parçalayıb yedi
22 aprel 2025 , 10:14Milyonçular üçün vergi artımı büdcəyə 400 milyard dollar gətirəcək
22 aprel 2025 , 05:19
Harvard Universiteti Tramp administrasiyasını məhkəməyə verdi
22 aprel 2025 , 03:23
Amerikalı naziri restoranda qarət etdilər
22 aprel 2025 , 01:38
Roma Papası Fransiskin ölüm səbəbi açıqlandı
21 aprel 2025 , 23:49
282 sərnişin ölümlə üz-üzə qaldı – ABŞ-da təyyarə havaya qalxmadan alovlandı
21 aprel 2025 , 22:25