«Patriot»ların quraşdırılacağı yer bəlləndi
0
0
Suriyadan gələcəyi ehtimal olunan təhdidlərə qarşı Türkiyənin istədiyi «Patriot» raketdən qorunma sistemi ilə bağlı hərbi planlaşdırma işləri başa çatıb.
Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, Almaniyadan iki ədəd «Patriot PAC-3», Hollandiyadan isə bir ədəd «Patriot PAC-2» göndəriləcəyi qətiləşdirilib.
Bu sistemlər ölkənin Qaziantəp, Malatya və Diyarbakır bölgələrində qurulacaq.
Suriyadan Türkiyə sərhədinə 80 km qalmış raketdən qorunma sistemi təhdid hədəfini məhv edəcək.
«Patriot»un radarına Almaniyanın Ramstein şəhərində yerləşən NATO Müttəfiq Hava Qüvvələri Komandanlığı nəzarət edəcək. Əməliyyat və nəzarət stansiyası Türkiyədə yerləşdiriləcək.
Almaniya və Hollandiya parlamentlərini bu məsələyə dair uyğun sənədi gələn həftənin ortalarında təsdiqləyəcəyi nəzərdə tutulub. Dekabrın 9-dan sonra sistemin göndəriləcəyi gözlənilir.