Putin Türkiyəyə gedə biləcək?
0
0
Dekabrın 3-də Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir. Bu səfərin gerçəkləşməsi dünya mediası tərəfindən diqqətlə izlənilir. Buna səbəb Kremlin indiki yiyəsinin sağlığında yaranmış problemdir.
Məsələyə Türkiyə informasiya vasitələri də ciddi yer ayırıb. Lent.az-ın «Habretürk»-ə istinadən məlumatına görə, Rusiya prezidenti onurğasındakı zədə ucbatından son iki ayı dincələrək, başa vurub.
Ötən həftə Yaponiyanın baş naziri Yoşihiko Nodanın Moskvaya səfərinin təxirə salınması bu mübahisəli məsələnin daha da ciddi olduğunu sübut edir. Buna görə də Yaponiya KİV-i Putinin səhhətində ciddi problemin olduğunu yazıb.
Bundan başqa ötən aylarda V.Putin bir sıra xarici səfərləri də təxirə salıb.
Kreml isə bütün iddiaları təkzib etməkdədir. Prezidentin mətbuat xidmətinin başçısı Dmitri Peskov Putinin fəaliyyətində əskilik olmadığını, hətta, idmanla da məşğul olduğunu bildirib. O, həftənin birinci günü Rusiya prezidentinin Türkiyəyə səfər edəcəyini də xatırladıb.
Onurğasında ağrıların olmasına baxmayaraq, səfərin təxirə salınmaması Putinin Türkiyəyə çox böyük önəm verməsi kimi də dəyərləndirilir.
Səfər zamanı iqtisadi - ticari sahədə əməkdaşlıqla yanaşı, siyasi əlaqələrlə bağlı məsələlərin də müzakirə ediləcəyi gözlənilir.