İqtisadi böhran «Avroviziya»ya da təsir göstərir
02 dekabr 2012 04:19 (UTC +04:00)

İqtisadi böhran «Avroviziya»ya da təsir göstərir

0
Avropadakı iqtisadi böhran «Avroviziya» mahnı yarışmasına da öz təsirini göstərməkdədir.

Lent.az-ın Türkiyə «NTV»-sinə istinadən məlumatına görə, Portuqaliya və Polşanın ardınca Yunanıstanla Kiprin yunan hissəsi də gələn il keçiriləcək yarışa qatılmayacaqlarını bildiriblər.

Yunanıstan bu yarışmaya qatılmayacağını planlaşdırdığı bildirsə də qəti qərarını yaxın günlərdə verəcəyini açıqlayıb.

Kiprin yunan hissəsi də eyni səbəbi əsas göstərib.

Qeyd edək ki, 58-ci bu mahnı yarışmasına gələn il İsveç ev sahibliyi edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1258

Oxşar yazılar