Gürcüstanın keçmiş baş naziri ifadə verib
Gürcüstanın keçmiş baş naziri, “Vahid Milli Hərəkat”ın baş katibi Vano Merabişvili ifadə vermək üçün Baş Prokurorluğa gedib.
APA-nın “Qruziya Online” xəbər portalına istinadən yaydığı məlumata görə, V. Merabişvili Baş Prokurorluq binasına daxil olarkən jurnalistlərə açıqlama verib: “Bidzina İvanişviliyə və onun partiyasına demək istəyirəm ki, bizim komandanı hədə, şantaj, dindirmələr və həbslərlə qorxuda və bizi Gürcüstan uğrunda mübarizədən çəkindirə bilməzsiniz. Biz geri çəkilməyəcəyik. Mən istənilən yerdə istənilən suallara cavab verməyə hazıram”.
Xatırladaq ki, Gürcüstan Daxili İşlər Nazirliyi sabiq baş nazir Vano Merabişvili tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlandığını açıqlayıb. Nazirliyin bəyanatında deyilir ki, noyabrın 30-da keçmiş baş nazir İvane (Vano) Merabişvili Ermənistana uçmaq üçün dövlət nümayəndə heyətinin tərkibində hava limanına gəlib: “Pasport yoxlamasından keçərkən prezidentin protokol xidmətinin əməkdaşı Merabişvilinin pasportunu sərhədçilərə təqdim edib. Sərhədçi müəyyən edib ki, pasportda Merabişvilinin fotosu olsa da, sənəd Levan Maisuradze adlı şəxsin adına verilib. Bununla əlaqədar Tiflis Patrul Polisi Baş İdarəsinin istintaq xidməti tərəfindən saxta sənədlərdən istifadə və sərhədi qeyri-qanuni keçmə faktı üzrə təhqiqata başlanıb”.
“Vahid Milli Hərəkat”ın liderlərindən biri David Sakvarelidze saxta pasportun hakimiyyət tərəfindən fotoşop üsulu ilə hazırlandığını bildirib: “Baş katibin saxta pasportla rəsmi görüşə getdiyini söyləmək gülünc yox, ayıbdır. Mənə maraqlıdır ki, bu pasport haradadır, əşyayi-dəlil kimi saxlanılırmı? Fotoşopla hansısa sənəd hazırlayıb və bunu yayıblar. Bu hakimiyyətin davranışları hər cür məntiqdən uzaqdır, ona görə də istisna etmirəm ki, keçmiş baş nazir həbs oluna bilər”.

Oxşar yazılar

Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü
26 iyul 2025 , 06:52
Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi
25 iyul 2025 , 00:50