Meksikada şaxtada partlayış baş verib
01 dekabr 2012 07:26 (UTC +04:00)

Meksikada şaxtada partlayış baş verib

0
Meksikanın Mexiko ştatında şaxtalardan birində baş vermiş partlayış nəticəsində 3 fəhlə həlak olub, üç də yaralanıb.

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, ilkin olaraq, faciəyə səbəb kimi partlayıcıdan düzgün istifadə edilməməsi göstərilib.

Olay yerinə xilasedicilər gəlib. Yaralılar vertolyotla xəstəxanaya aparılıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Partlayış baş vermiş bu mədəndən sink, qurğuşun və mis hasil edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 774

Oxşar yazılar