Suriyada iki gündür rabitə sistemi işləmir
01 dekabr 2012 06:19 (UTC +04:00)

Suriyada iki gündür rabitə sistemi işləmir

0
Həftənin dördüncü günündən Suriyada telefon rabitəsi və internetə girişi kəsilib.
Lent.az-ın «nuysru»-ya istinadən məlumatına görə, bu məsələdə hakimiyyət və müxalifət biri-birini suçlamaqdadır.

Mütəxəssislərin fikrincə, rabitənin belə vəziyyəti Bəşar Əsəd rejiminin üsyançılara qarşı daha sərt mübarizə aparacağından xəbər verir.

Onlar hesab edir ki, telekommunikasiyaya hakimiyyət nəzarət edir. Ona görə də rejim üçün bu çatışmazlığı aradan qaldırmaq o qədərdə çətin deyil. Bununla belə Livan,İordaniya və Türkiyə ilə sərhəd yaxınlığında olan müxalifət cib telefonlarından istifadə edir.

Mənbənin məlumatına görə, müxalifətə onları dəstəkləyənlər tərəfindən minlərlə peyk-rabitə telefonu göndərilib. Bu baxımdan onların informasiya blokadasından çıxmaq imkanı az deyil.

Rabitənin kəsilməsini 2011-ci ildə Misirdə baş verənlərlə də müqayisə edirlər. Müşahidəçilərin rəyincə, Hüsnü Mübarək devrilən ərəfədə də ölkədə cib telefonları işləmirdi, internet əlaqəsi isə kəsilmişdi.

Məlumatlar görə, Dəməşq müxalifətin silahlıları tərəfindən mühasirəyə alınıb. Bu barədə İsrail televiziyası məlumat yayıb. Suriya hökumət qoşunları müxaliflərin ordusu ilə döyüşə girməyə hazırlaşır.

Tərəflər arasında sonuncu döyüşlər Dəməşq hava limanı yaxınlığındakı 3 kənddə olub. Hökumət Bəşar Əsədə sadiq olan druzlar, ələvilər və xristianların yaşadığı Dəməşqin Carmana rayonunda drujinalar yaratmağa cəhd göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 801

Oxşar yazılar