Tehran ölkəyə 130 milyonluq dərman daşıtdırır
İranda tibbi preparatların qıtlığı yaranıb. Hələ ötən ay İran parlamentinin üzvü bildirmişdi ki, ölkədə iki aylıq dərman ehtiyatı qalıb.
Lent.az-ın İslam Respublikasının informasiya vasitələrinə istinadən məlumatına görə, bu çatışmazlığı aradan qaldırmaq üçün hakimiyyət tibbi preparatların ölkəyə təcili gətirilməsinə başlayıb.
Bu haqda İran Səhiyyə Nazirliyi dərman preparatlarına nəzarət departamentinin rəisi Məhəmməd Əbdüzadə açıqlama verib. Onun sözlərinə görə, Mərkəzi Bank bu məqsədlə 130 milyon dollar ayırıb.
O, deyib ki, nəzərdə tutulan dərmanlar mərhələ-mərhələ ölkəyə gətiriləcək.
İran Hemofiliyada müalicə birliyinin baş direktoru Əhməd Cavidelin sözlərinə əsasən, hemofiliya xəstələri üçün dərman çatışmazlığı yaranıb.
Rəsmi məlumatlar əsasən, ölkədə 7 min hemofiliyadan əziyyətçəkən insan yaşayır.
Mütəxəssislərin fikrincə, Tehran hakimiyyətinin iddialı nüvə proqramı ucbatından ölkə vətəndaşları ciddi problemlərlə üz-üzə durub. Onlar İran hakimiyyəti dərmanlarla bağlı hay-küy salmaqla özünün atom - proqramını gizlətməyə çalışır.

Oxşar yazılar

Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü
26 iyul 2025 , 06:52
Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51
Gizli milyardları olan dünya liderləri: birinci yerdə kimdir?
25 iyul 2025 , 15:30
Məşhur futbolçuların bərbərini milyarderlə səhv salıb OĞURLADILAR
25 iyul 2025 , 12:48
Qarabağa gələn Mixail Qusman işdən çıxarıldı
25 iyul 2025 , 01:01
Ermənistan hərbçisi özünü güllələdi
25 iyul 2025 , 00:50