İran AEBA-dan araşdırmanı dayandırmağı tələb edib
01 dekabr 2012 03:24 (UTC +04:00)

İran AEBA-dan araşdırmanı dayandırmağı tələb edib

İran hakimiyyəti iddia etdiyi atom-nüvə proqramı ətrafında yeni gərginlik yaradıb.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) tələbə edib ki, onun nüvə proqramı ilə bağlı araşdırmaları dayandırsın.

İran tərəfinin nəzərincə, agentliyin təqdim etdiyi 50 maddəlik siyahıda göstərilən şərlərə əsasən, Tehran nüvə proqramını «təcili dayandırmalıdır». İran isə bu şərtləri qəbul etmək və nüvə proqramının dayandırmaq niyyətində deyil.

İslam Respublikasının AEBA-dakı təmsilçisi Ələsgər Soltaniya bildirib ki, İranın nüvə obyektlərinə hərbi hücum olacağı halda onlar Nüvə silahının yayılmaması haqda müqavilədən çıxmağı istisna etmir.

Qeyd edək ki, agentliyinin baş direktoru Yukio Amano açıqlamasında qurumun ekspertlərinin İranda təzyiqə məruz qaldığını deyib: “İrandakı ekspertlərimizə təzyiq göstərilir. Agentlik ekspertlərin təhlükəsizliyinə hər zaman önəm verir və biz onları qorumaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. İranın nüvə proqramının danışıqlar yolu ilə həll olunmasına hələ də vaxt var. Biz məsələnin əhəmiyyətini nəzərə alaraq bu vaxtı düzgün dəyərləndirməli, bu diplomatik fürsətdən yararlanmalıyıq”.

Yukio Amano agentlik ekspertlərinin İranda hansı təzyiqlərlə üz-üzə qaldığını açıqlamayıb.
Yeri gəlmişkən, gələn ilin martınadək Tehran hakimiyyəti AEBA ilə əməkdaşlığa başlamazsa, o zaman ABŞ bu məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldıracağını bildirib.

Bununla belə AEBA ilə İran arasında danışıqların dekabrın 13-də Tehranda keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar