Günəşə ən yaxın planetdə su tapıldı!
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, NASA Günəşə ən yaxın planet olan Merkuridə qatı halda, həm də böyük həcmdə su aşkarlandığını açıqlayıb. Bununla da on illərlə davam edən qeyri-müəyyənlik sona çatıb və Günəş sistemində Veneradan sonra ən isti ikinci planetdə buz halında su olduğu qəti olaraq müəyyənləşdirilib. NASA “Messenger” kosmik gəmisi vasitəsi ilə əldə etdiyi məlumatları araşdıraraq Merkurinin Günəş işığından mərhum qalan şimal qütbündə buz halında 1 milyard tona qədər su olduğunu üzə çıxarıb. Merkurinin Günəş şüalarının təsirinə məruz qalmayan qütb bölgəsində temperatur mənfi 370 dərəcəyə qədər enə bilir. Alimlər Merkurinin cənub qütbündə də buz olduğunu ehtimal edirlər. “Messenger” kosmik gəmisi 2014 və 2015-ci illərdə Merkuriyə daha çox yaxınlaşacaq və 2015-ci ildə yanacağının tükənməsi ilə Günəş və Merkurinin cazibə qüvvəsi səbəbi ilə qarışıq marşrutla hərəkət etməyə başlayacaq. Cazibə qüvvəsi ilə Merkuriyə daha çox yaxınlaşacaq və planetin cənub qütb bölgələri daha yaxından araşdırıla biləcək.
2044