ABŞ Tehrana martadək möhlət verib
İranın atom-nüvə proqramı ilə bağlı dünyanın gündəliyindən düşmür.
Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, gələn ilin martınadək Tehran hakimiyyəti Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (АЕБА)əməkdaşlığa başlamazsa, o zaman ABŞ bu məsələni BMT-nin Təhlükəsizlik Şurasında qaldıracağını bildirib.
Bununla belə AEBA ilə İran arasında danışıqların dekabrın 13-də Tehranda keçiriləcəyi planlaşdırılıb.
Xatırladaq ki, ABŞ Senatı İrana qarşı yeni sanksiyalar haqqında qanun layihəsinin qəbulu məsələsini araşdırır. Yeni layihədə İrana istənilən maliyyə əməliyyatının qadağan edilməsi nəzərdə tutulur. Yasaqların “qara siyahiya” salınan şəxs və təşkilatlara da şamil ediləcəyi gözlənilir.
Həmçinin müxtəlif malların sığortası dayandırılacaq. Adı açıqlanmayan yüksək çinli məmurlardan birinin sözlərinə görə, yeni sanksiyalar İran iqtisadiyyatının tamamilə məhv edilməsinə hesablanıb.
Sözügedən sənədin müəllifinin demokrat senator Robert Menendes və onun respublikaçı həmkarı Mark Kirikdir.
Onu da qeyd edək ki, iddialı atom - proqramına görə Tehrana tətbiq edilən sanksiyalar ucbatından ölkədə dərman ehtiyatının da azaldığına dair xəbərlər yayılıb. Ölkədə bu sahə üzrə məsullardan biri Əlirza Mərəndi BMT-nin baş katibi Pan Ge Muna müraciət ünvanlayıb. O, baş katibdən İrana tibbi preparatlar və avadanlıqlarının idxal olunması ilə bağlı tətbiq edilən sanksiyanın aradan qaldırılması üçün addım atmasını istəyib.

Oxşar yazılar

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü
26 iyul 2025 , 06:52
Hər il 20 min insana çip taxılacaq
26 iyul 2025 , 05:51