Türkmənistan və Ermənistan prezidentləri Dağlıq Qarabağdan danışıb
29 noyabr 2012 20:38 (UTC +04:00)

Türkmənistan və Ermənistan prezidentləri Dağlıq Qarabağdan danışıb

Bu gün Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov İrəvanda olub. Lent.az-ın «Novosti-Armenii»-yə istinadən məlumatına görə, o, erməni həmkarı Serj Sarqsyanla görüşüb.
İkitərəfli danışıqlardan sonra onlar birgə brifinq keçirib.

Tədbirdə ermənilərin lideri deyib:«Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq, beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla tənzimlənməlidir. Bu Ermənistanın prinsipial mövqeyidir».

S.Sarqsyan türkmənistanlı həmkarı ilə müzakirə etdiyi məsələlərdən də danışıb.O,qeyd edib ki, bölgədəki və dünyadakı vəziyyətdən, qarşılıqlı maraq doğuran məsələlərdən danışıblar.
Türkmənistan prezidenti səfər çərçivəsində İrəvan Dövlət Universitetində də olub. Ona bu təhsil müəssisəsinin «fəxri doktoru» adı verilib.

Qurbanqulu Berdıməhəmmədov səfərin yekunu haqda danışaraq, deyib ki, beynəlxalq siyasətə dair məsələləri müzakirə ediblər. O, müzakirələr zamanı iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin də vacibliyini vurğulayıblar.

İrəvan Universitetinin rektoru Aram Simnoyan iki ölkə arasındakı münasibətlərdən söz açıb. Onun sözlərinə görə, 19-cu əsrin ortalarında Türkmənistanda 4 min erməni yaşayırmış. Hazırda isə onların sayı 25 minə çatıb.

«Diplomatik münasibətlərmiz 1992-ci ildən qurulub. İndiyə kimi dövlətlərimiz arasında 42 müqavilə, 5 protokol, 3 memorandum və 2 qətnamə imzalanıb»- deyə, erməni rektor bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1262

Oxşar yazılar