BP-yə şok qadağa
29 noyabr 2012 12:16 (UTC +04:00)

BP-yə şok qadağa

ABŞ Böyük Britaniyanın BP şirkətinə qadağa qoyub. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, BP ABŞ hökuməti ilə yeni iş müqavilələri imzalaya bilməyəcək. Başqa sözlə, şirkətin ABŞ hökuməti ilə əməkdaşlığı müvəqqəti dayandırılıb. ABŞ Ətraf Mühiti Qoruma İdarəsi bu qərarın BP-nin ticari dürüstlük məsələsindəki “çatışmazlıq” səbəbindən belə qərar qəbul olunduğunu açıqlayıb. BP 2 il əvvəl Meksika körfəzində şirkətə məxsus neft platformasında baş verən partlayış və körfəzə neft sızması zamanı məsuliyyətsizlikdə günahlandırılır.

ABŞ hökumətinin BP ilə əməkdaşlığına qoyulmuş qadağanın müddəti məlum deyil. Bu qərarın ABŞ Ədliyyə Nazirliyinin keçən həftə Meksika körfəzindəki olayla bağlı şirkətə rekord həcmdə – 4 milyard dollar cərimə kəsməsindən sonra verilməsi də diqqət çəkir.

Xatırladaq ki, Meksika körfəzindəki neft platformasında baş verən partlayış nəticəsində 11 nəfər ölüb, 87 gün ərzində körfəzə 757 milyon litr xam neft axıb. Sahildə yerləşən bir çox şəhərlər ekoloji fəlakətlə üzləşib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2930

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51