QİÇS qorxulu bəlaya çevrilib
2001-ci ildən Afrika ölkələrində HİV virusuna yoluxanların sayı iki dəfə azalıb. Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, bu, BMT-nin HİV/QİÇS üzrə Proqramının (YUNEYDS) hesabatında əksini tapıb.
YUNEYDS-in hesabatında qeyd edilir ki, son 5 ildə 25 ölkədə QİÇS-ə yoluxma halları 50 faiz azalıb, xəstələrin 25 faizi ölüb. Lakin Ukraynada isə bu təhlükəli xəstəliyə yoluxanların sayında azalma müşahidə olunmur. Son 20 ildə vəziyyət kritik olaraq qalmaqdadır. Ukrayna Avropada QİÇS-ə yoluxmanın ən çox müşayiət olunduğu ölkədir. 2012-ci il yanvarın 1-ə qədər bu ölkədə 204 mindən çox xəstə rəsmi qeydiyyatdan keçib. HİV virusuna yoluxanların 50 min nəfərdən çoxu artıq QİÇS xəstəsidir.
Azərbaycana gəlincə, QİÇS-lə Mübarizə Mərkəzinin yaydığı rəsmi məlumata görə, bu ilin 6 ayı ərzində 251 nəfər QİÇS-ə yoluxub, onlardan 243 nəfəri Azərbaycan vətəndaşı, 8-i isə xarici ölkə vətəndaşı olub. Virusa yoluxanlardan 120 nəfəri infeksion narkotik istifadəçisi olub, 106 nəfər isə cinsi yolla yoluxub. Ötən illərlə müqayisədə ölkədə QİÇS-ə yoluxanların ümumi sayında artım müşahidə olunmayıb. Rəsmi statistikaya görə, bu günə ölkədə 3500 nəfər virus daşıyıcısıdır. Bu sağalmaz bəlanın daşıyıcıları əsasən 30-49 yaş arasında olanlardır. Xəstəliyə yoluxanların 70%-ni kişilər, 30%-ni isə qadınlar təşkil edir. Bu il də QİÇS-li xəstələrin yaşayış yerinə görə, regionlar üstünlük təşkil edir. Ümumi QİÇS-ə yoluxanların 24.3% Bakı şəhəri və Abşeron rayonunda qeydə alındığı halda, 75.7% regionların payına düşür. Əsasən Şirvan və cənub bölgəsində yoluxma daha aktivdir.
Qeyd edək ki, 1 dekabr Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir.

1628