Kreml Telman İsmayılova “yaşıl işıq” yandırdı
28 noyabr 2012 17:57 (UTC +04:00)

Kreml Telman İsmayılova “yaşıl işıq” yandırdı

Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, tikintini Telman İsmayılovun sahibi olduğu AST Şirkətlər Qrupu aparacaq.

Xatırladaq ki, adıgedən ərazidə yaşayan köhnə moskvalılar şəhərin memarlığına zərər gətirəcəyinə görə, Nikitinski bulvarda hündür mərtəbəli binanın tikintisinə imkan vermirdilər. Görünür, Moskva meriyası şəhər ictimaiyyəti ilə kompromisa gəlib: adı gedən küçədə 6 mərtəbəli 5 ulduzlu otel tikiləcək.

Tikintini AST Şirkətlər Qrupunun həyata keçirməsi də maraqlı məqamlardandır. Çünki bir neçə il əvvəl rəsmi Kreml Telman İsmayılovu arzuolunmaz şəxs elan etmişdi. İsmayılova məxsus “Çerkizova” bazarı bağlandıqdan sonra onun Moskvadakı digər biznes strukturlarına, eləcə də məşhur “Praqa” restoranına əl qoyulmuşdu.

Moskva meriyasının Kremlin bir neçə yüz metrliyində İsmayılova tikinti aparmağa icazə verməsinin arxasında nələr durduğu isə bir müddət sonra aydın olacaq.

Hələlik aydın olan bircə odur ki, Telman İsmayılov Kremlin xeyir-duası ilə yaradılmış Ümumrusiya Azərbaycanlıları Təşkilatları İttifaqının, Azərbaycan mediasının “Milyarderlər İttifaqı” adlandırdığı qurumun təsisçilərindəndir.

Səbuhi Məmmədli
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3494

Oxşar yazılar

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı

27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu

26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı,  həbs olunmadı

Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı

26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu  fəaliyyətə başlayır

Dünyada ilk kabab institutu fəaliyyətə başlayır

26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi

Bu müsəlman ölkəsi niqabı qadağan etdi

26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər  öldü

Avtobus aşdı, 15 nəfər öldü

26 iyul 2025 , 09:24
Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

Taylandın hücumu nəticəsində Kambocada 13 nəfər öldü

26 iyul 2025 , 06:52
Hər il 20 min insana   çip taxılacaq

Hər il 20 min insana çip taxılacaq

26 iyul 2025 , 05:51