Yumruqla adam öldürən Rəsul Mirzəyev azadlığa buraxıldı
Bu gün Rusiyada qaydasız döyüş üzrə dünya çempionu Rəsul Mirzəyevlə bağlı 1 ildən çox davam edən məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Rəsul Mirzəyev ehtiyatsızlıqdan İvan Aqafonovun ölümündə günahkar sayılıb və 2 il şərti azadlıqdan mərhum edilib.
Məhkəmə zalında azadlığa buraxılan Rəsul Mirzəyevə 2 il ərzində qeydiyyatda olduğu Dağıstanın Kizlyarsk rayonunu tərk etmək qadağan olunub. O, yaşayış yerini yalnız dövlət orqanları ilə razılaşdırmaqla dəyişə bilər. Bununla bərabər, Rəsul Mirzəyev kütləvi tədbirlərə və əyləncə mərkəzlərinə də gedə bilməz. İvan Aqafonovun atası məhkəmənin qərarını “Rüsvayçılıq!” deyərək qarşılayıb. O, məhkəmədən əvvəl jurnalistlərə həyat yoldaşının infarkt keçirdiyi üçün xəstəxanada olduğunu, oğlunu öldürən vəhşiyə qulaq asmaq istəmədiyini söyləyib. Zərər çəkənin vəkili Oksana Mixalkina isə hələ məhkəmənin qərarı elan edilməmişdən əvvəl deyib ki, qərardan şikayət etməyə hazırlaşırlar. İvan Aqafonovun anasının xəstə olduğunu təsdiqləyən Oksana Mixalkina ədalətsizliklə əlaqədar onun vəziyyətinin çox ağır olduğunu söyləyib. Məhkəmə qərarı elan edilən zaman isə məhkəmə binasının önündə rus millətçiləri aksiya keçiriblər. Aksiya ilə bağlı bir neçə nəfər, o cümlədən Rus Hərəkatının lideri Dmitriy Demuşkin saxlanılıb.
Qeyd edək ki, kollec məzunu olan İvan Aqafonov 15 avqust 2011-ci ildə “Qaraj” klubunda Rəsul Mirzəyevlə mübahisə edib. Rəsul Mirzəyevin dostları təsdiq ediblər ki, İvan Aqafonov idmançının rəfiqəsini təhqir edib. Rəsul Mirəzyev İvan Aqafonova sol əli ilə zərbə endirib. Sonuncu yıxılıb və başı yerə dəyib. İvan Aqafonov dostlarının köməyi ilə xəstəxanaya aparılsa da, bir neçə gün sonra ölüb. Rəsul Mirəzyev bunu bilən zaman könüllü polis şöbəsinə gəlib. Rəsul Mirzəyev əvvəlcə sağlamlığa ağır zərər yetirməklə ölümə səbəb olmaqda (Rusiya Cinayət Məcəlləsinin 111-ci maddəsi), daha sonra isə ehtiyatsızlıqdan ölümə səbəb olmaqda (109-cu maddə) günahlandırılıb. Bu, zərərçəkmişin ailə üzvlərini, Rəsul Mirzəyevin əleyhdarlarını narazı salıb.

3234