Rəsmi Moskva ermənilərin Rusiyaya kütləvi köçünün qarşısını aldı
27 noyabr 2012 15:02 (UTC +04:00)

Rəsmi Moskva ermənilərin Rusiyaya kütləvi köçünün qarşısını aldı

0
Rusiya Federal Miqrasiya Xidmətinin Ermənistandakı nümayəndəliyi açıqlama yayaraq, bu ölkənin vətəndaşlarından daimi yaşamaq üçün Rusiyaya köçməklə bağlı ərizə qəbulunu dayandırdığını bəyan edib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, Rusiya Miqrasiya Xidməti Ermənistanda “Soydaşların köçü” adlı proqram həyata keçirib. Proqram çərçivəsində Ermənistan vətəndaşlarına köçkün statusu və Rusiyada işləmək imkanı verilib.

2006-cı ildən fəaliyyət göstərən proqramın məqsədi Rusiyanın az məskunlaşmış yaşayış məntəqələrini MDB ölkələrinin vətəndaşları hesabına məskunlaşdırmaq olub. Ermənistanın baş naziri Tiqran Sarkisyan proqramı “qəbuledilməz” adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3139

Oxşar yazılar