
Ərdoğan: “Nə elə bir Qanuni, nə də Sultan Süleyman tanıdıq...”
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Star” telekanalında yayımlanan“Muhteşem Yüzyıl” teleserialında canlandırılan Qanuni Sultan Süleyman obrazına qəzəblənib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ərdoğan Kütahyanın Altınbaş rayonunda Zəfər Hava Limanının açılışındakı çıxışında deyib ki, tarixi şəxsiyyət olan Sultan Süleyman Qanuni teleserialda təqdim edilən kimi olmayıb. Baş nazir bildirib ki, Sultan Süleyman Qanuni ömrünün 30 ilini at belində keçirib: “Bizim o teleserialdakı kimi bir əcdadımız olmayıb. Nə elə bir Qanuni, nə də Sultan Süleyman tanıdıq. Sultan Süleymanın ömrü at belində keçib, nümayiş etdirilən teleserialdakı kimi sarayda keçməyib. Mən o teleserialın rejissorlarını da, o telekanalın sahiblərini də millətin qarşısında qınayıram. Bu məsələdə məsul şəxslərə xəbərdarlıq etməyimizə baxmayaraq, məhkəmənin də lazımi qərar verməsini gözləyirik. Belə anlayış olmaz. Bu millətin dəyərləri ilə oynayanlara millət kimi gərəkən dərsin hüquq çərçivəsində verilməsi lazımdır”.
Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24