Səudiyyə Ərəbistanında qadınlara sms-lə nəzarət edəcəklər
23 noyabr 2012 23:02 (UTC +04:00)

Səudiyyə Ərəbistanında qadınlara sms-lə nəzarət edəcəklər

Səudiyyə Ərəbistanı qadın vətəndaşlarının ərləri və ya himayədarlarının razılığı olmadan səyahət etmək haqqı yoxdur.

Lent.az-ın newsru-ya istinadən məlumatına görə, xanımların (həyat yoldaşı və ya qızı) sərhədi keçməsini izləmək üçün sms sistemi fəaliyyət göstərir. Onlar sərhədi keçəcəyi halda bu sistem ər, ata və ya himayədara məlumat verir.
Qadın hava limanında pasport –yoxlanış məntəqəsini keçəndə «maraqlı tərəfin» telefonuna uyğun mətnlə məlumat daxil olur.

Yerli informasiya vasitələrinin məlumatına əsasən, sistem bütün hallarda işləyir. Hətta qadın öz həyat yoldaşı ilə xarici gedən də ər həmin sms-i alır.

Mənbənin xatırlamasına əsasən, Səudiyyə Ərəbistanı qanunlarına görə, ərin və himayədarın uyğun yazılı icazə vərəqəsi («sarı kart» da deyirlər) olmazsa, qadın ölkə xaricinə səfər edə bilməz. Sms sistemi isə qadınlara əlavə nəzarət etmək üçün vasitə sayılır.

Yeni qaydanı tənqid edənlər sms sistemini insan haqlarının pozulması kimi dəyərləndirərək, məhkəmənin qərarı ilə qanunu pozan qadınların mikroçip, elektron qolbağı ilə təmin olunması təklifini hakimiyyətə təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1316

Oxşar yazılar