İraqın şimalındakı kürd idarəçiləri baş naziri devirmək istəyir
23 noyabr 2012 07:50 (UTC +04:00)

İraqın şimalındakı kürd idarəçiləri baş naziri devirmək istəyir

İraqda mərkəzi hakimiyyətlə ölkənin şimalındakı kürdlər arasında siyasi böhran yaşanmaqdadır. Baş nazir Nuri əl-Maliki İraqın təhlükəsizliyinə «kürd peşmərgələri (kürd yaraqlıları belə adlanır) daxil etməyəcəyi» məsələsində geri addım atmayacağını bildirir.

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, kürdlər isə iddiaları təmin olunmadığından əl- Malikini baş nazirlikdən endirməklə problemlərini həll etmək istəyirlər.

Onlar arasında İraq parlamentinin sədri Üsamə əl-Nuceyfi və şiə lideri Müqtəda Sədər vasitəçilik edir.Bu məqsədlə Sədr 3 aydan artıq qaldığı Livandan İraqa qayıdıb. O, kürd liderlərlə görüşüb, problemi ölkə Ana Yasasına uyğun həll etməyi ən yaxşı yol olduğunu bildirib.

Məclis sədri əl-Nuceyfinin baş nazir Maliki ilə görüşü də bir nəticə verməyib.

İraq hökumətinin başçısı kürd yaraqlılarını Kərkük, Diyala və Səlahəddin əyalətlərindəki təhlükəsizlik güclər sırasına daxil etməyib. O, İraq ordusunun bu məsələdə geri çəkilməyəcəyi mesajının da onlara çatdırıb.

Kürd mənbələrinin bildirdiyinə görə, baş nazirlə anlaşmadığı üçün ölkənin şimalına gedən prezident Cəlal Taləbani ilə İraqın Şimalındakı idarəetmənin başçısı Məsud Bərzani arasında Malikinin Ana Yasa yolu hökumət başçılığından endirilməsi yönündə razılığa gəlib.

Mənbənin məlumatına əsasən, kürdlər şiə siyasi partiyadan baş nazirlik üçün namizədlərini istəyib. Çünki Taləbaninin Malikini devirmək üçün Ana Yasa hüquqlarından istifadə edəcəyi ehtimal olunur.

Maliki isə tutduğu vəzifədən endirilməsi üçün yetərli sayın olmadığını dolayı yolla vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1098

Oxşar yazılar