Avropa Birliyi ŞKTC-ə 27 milyon avro yardım ayırıb
Avropa Birliyinin komissiyası Şimal Kipr Türk Cümhuriyyətinə (ŞKTC) 27,2 milyon avroluq yeini maliyyə yardım haqqında qərarı təsdiqləyib. Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, qurumun genişlənməsi üzrə komissiyasının məsulu Stefan Füle deyib: «Adanın gələcəkdə yenidən birləşdirilməsini dəstəkləməkdəyik».
Qurumun açıqlamasına əsasən, bu yardım Kiprin yenidən birləşdirilməsi məqsədi ilə iqtisadi inteqrasiyanı təşviq edəcək, habelə heyvan xəstəliklərinin azaldılması, ətraf mühitin qorunması, yolların təhlükəsizliyinin artırılması, mədəni irsin qorunması və vətəndaş cəmiyyətinin dəstəkləməsi ilə bağlı sahələrə xərclənəcək.
S.Füle daha sonra bildirib:«Bu yeni fon AB-nin Kiprdəki türk əhalisinin iqtisadi inteqrasiyasına sağlam yanaşmanın göstəricisidir. İki cəmiyyət arasında dialoq və ortaq zənginləşmə ilə adanın gələcəkdə yenidən birləşdirilməsini dəstəkləyəcəyik».
Qurum təmsilçisi 2006-cı ildən bu yana Şimal Kipr Türk Cümhuriyyətinə edilən maliyyə yardımının 320 milyonu aşdığını da vurğulayıb.

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24