Rusiyadan Türkiyəyə xəbərdarlıq
Türkiyənin Suriya sərhədlərində yerləşdirilməsi üçün rəsmən NATO-dan “Patriot” raket sistemləri istəməsi Rusiyanı narahat edib.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Aleksandr Lukaşeviç təhdid xarakterli xəbərdarlıq edib. O, Türkiyə-Suriya sərhədinə “Patriot” raket sistemləri yerləşdirilməsinin bölgəyə sabitlik gətirməyəcəyini söyləyib. Bu arada Türkiyədə hakim partiyanın sədri müavini Hüseyn Çelik sərhəddə yerləşdiriləcək “Patriot” raket sistemlərindən istifadə hüququnun NATO-ya, yoxsa Türkiyəyə məxsus olacağı barədə mübahisələrə son qoyub. O, bu hüququn Türkiyədə olacağını açıqlayıb.

2039