
Erməni deputatdan etiraf və hədyan
“İranda yaşayan azərbaycanlılar əslində etnik iranlılardır”. APA-nın məlumatına görə, bunu İran parlamentinin deputatı, İran-Ermənistan Parlamentlərarası Dostluq Qrupunun üzvü Karen Xanlaryan keçirdiyi mətbuat konfransında bildirib. K. Xanlaryan deyib ki, Azərbaycan dövlət kimi farsların Şirvan əyalətində sonradan yaranıb: “İrana kimi azərbaycanlı anlayışı da coğrafi məna daşıyıb, bu insanlar etnik iranlılardır. İranda azərbaycanlılar böyük çoxluq təşkil edir, yəni 30 milyona yaxındır. Lakin onların Azərbaycan Respublikasında yaşayan xalqla heç bir bağlılığı yoxdur. Onların hətta əlifbaları belə fərqlidir. İran azərbaycanlıları ərəb əlifbası, Azərbaycan əhalisi isə latın əlifbasının məlum olmayan növü ilə yazırlar. İran azərbaycanlıları yerli ermənilərlə ənənəvi dostluq münasibəti saxlayırlar, erməni mövqeyindən çıxış edirlər və tamamilə Qafqazın cənubunda yaşayan tatarlara bənzəmirlər”.
Oxşar yazılar
Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20
Bu ölkədə qadınlar məcburi hərbi xidmətə cəlb olunacaq
1 iyul 2025 , 17:28
"II Qaregini Patriarxatlığı tərk etsin" - Paşinyan
1 iyul 2025 , 12:17
Hindistanda kimyəvi zavadda partlayış: 34 ölən var
1 iyul 2025 , 07:58
Bu uşaq üç ildir yemək yemir
1 iyul 2025 , 05:55