İran rəsmən Qəzzaya hərbi qüvvə göndərdiyini açıqladı!
Lent.az-ın “Associatet-Press” agentliyinə istinadən verdiyi məlumata görə, İran parlamentinin sədri Əli Laricani bunu parlamentin rəsmi saytına (icana.ir) açıqlamasında söyləyib. Əli Laricani deyib ki, İran HƏMAS və Fələstin xalqını müdafiə etməkdən qürur duyur: “HƏMAS və Fələstin xalqını müdafiə etmək üçün həm maddi yardım, həm də hərbi qüvvə göndərdik”.
İran parlamentinin sədri Qəzzaya göndərilən hərbi qüvvənin say tərkibi və texniki təchizatı barədə məlumat verməyib. Əli Laricani bu həftə Türkiyəyə rəsmi səfərə gəlir. Səfərdə əsas məqsəd Suriya və Qəzza məsələlərini müzakirə etməkdir.
Qeyd edək ki, dünən İsrail İranın HƏMAS-a “Fecr 5” raketi verdiyini iddia etmiş, İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Ələddin Burucerdi bunu təkzib etmişdi. Bu gün isə İran İslam İnqilabını Mühafizə Korpusunun komandanı Muhammed Ali Cəfəri bildirib ki, Tehran HƏMAS-a raketin özünü yox, texnologiyasını verib və hazırda Təl-Əvivi vuran “Fecr 5” raketləri Qəzzada istehsal olunub. Ancaq İran rəsmiləri içərisində ilk dəfə Əli Laricani bu gün açıq şəkildə bəyan edib ki, Qəzzaya hərbi qüvvə göndərilib...

Oxşar yazılar

Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43
Avtobus aşdı, 15 nəfər öldü
26 iyul 2025 , 09:24