Füzulinin yaşadığı torpaq uğrunda savaşacaqlar...
20 noyabr 2012 17:02 (UTC +04:00)

Füzulinin yaşadığı torpaq uğrunda savaşacaqlar...

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Şimali İraq Kürdüstan Muxtariyyətinin lideri Məsud Bərzaniyə bağlı olan peşmərgələrin komandiri Mahmud Senkavi xəbərdarlıq edib və İraq ordusunun bölmələrinə hər an hücum edə biləcəklərini söyləyib.
Tankların Kərkükə yaxınlaşdığını bildirən Mahmud Senkavi mərkəzi hökumətin Kərkükə göndərəcəyi ordu bölmələrinə müqavimət göstərəcəklərini vurğulayıb. Bəs nə baş verir ki, ABŞ qoşunlarını İraqdan çıxardıqdan qısa müddət keçdikdən sonra ölkədə vətəndaş müharibəsi təhlükəsi yaranıb?

Məsələ ondadır ki, 2003-cü ildə ABŞ-ın İraqı işğal etməsindən sonra Məsud Bərzaninin lideri olduğu İraq Kürdüstan Demokrat Partiyası və Cəlal Tələbaninin rəhbəri olduğu İraq Kürdüstan Yurdsevərlər Birliyi qüvvələrini birləşdirərək Kərkük başda olmaq, tarixən türkmənlərin yaşadığı bölgələri ələ keçirmək üçün hərəkətə keçib. ABŞ-ın dəstəyi ilə Şimali İraq Kürdüstan Muxtariyyəti elan edilib, tarixi türkmən şəhəri Ərbil bu muxtariyyətin mərkəzi elan olunub. Məsud Bərzani muxtariyyətə rəhbərlik etməyə başlayıb, Cəlal Tələbani isə ABŞ-ın da dəstəyi ilə İraq parlamentində ölkə prezidenti seçilib. Paralel olaraq Ərbillə bərabər, Kərkükə də ətraf ərazilərdən sürətlə kürd tayaları köçürülməyə başlanıb. Bu ailələrə məskunlaşmaları üçün 10 min dollardan çox pul da verilib. Nəticədə Ərbildə demoqrafik durum əsasən, Kərkük isə qismən kürdlərin lehinə dəyişdirilə bilib. Buna baxmayaraq, ötən dövr ərzində Türkiyənin etirazı və İraq Türkmən Cəbhəsinin mübarizəsi sayəsində Kərkükü Şimali İraq Kürdüstan Muxtariyyətinin tərkibin daxil etmək kürd liderlərinə müyəssər olmayıb.

Ancaq indi qəribə vəziyyət yaranıb. İllər ərzində İraqın ərazi bütövlüyünü dəstəkləyən Türkiyədə hakimiyyətdə olan AKP hökuməti ilə İraqın şiə baş naziri Nuri Əl-Malikinin münasibətləri pozulub. Bu səbəbdən də Ankara hələ də yaxın sərhədində, həm də türkmənlərin tarixi torpaqlarında baş verən proseslərə münasibət bildirməkdə çətinlik çəkir.

Kərkük başda olmaqla, İraqda türkmənlərin yaşadıqları bölgələrin kürd liderlər və İraq mərkəzi hakimiyyəti arasında münaqişə ocağı olması isə təsadüfi deyil. Çünki bu torpaqlarda İraqın neft ehtiyatlarının 50, dünyanın neft ehtiyatlarının 5 faizi cəmləşib. Füzulinin, soydaşlarımız olan türkmənlərin torpaqlarında...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901

Oxşar yazılar