İraqda ərəb-kürd müharibəsi təhlükəsi
İraqda ərəb-kürd müharibəsi təhlükəsi yaranıb.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, ötən həftənin cümə günü Tuzharmatu şəhərində İraq ordusunun bölmələri ilə Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri, İraq Kürdüstan Demokrat Partiyasının lideri Məsud Bərzaniyə bağlı olan kürd peşmərgələr arasında atışma baş verib. Atışmada 1 nəfər ölüb. Məsud Bərzani olayla bağlı bəyanat verib. O, Şimali İraq Kürd Muxtariyyətinin torpaqlarını və vətəndaşlarını müdafiə edəcəklərini söyləyib. Məsud Bərzani peşmərgələrin ən yüksək döyüş hazırlığı vəziyyətinə keçməsini, hücumlara hazır olmalarını tələb edib.
Qeyd edək ki, 1 ildən çoxdur ki, İraq mərkəzi hökuməti ilə Şimali İraq Kürdüstan Muxtariyyətinin rəhbərliyi arasında ciddi fikir ayrılığı var. Şiə baş nazir Nuri əl-Malik Məsud Bərzaninin Şimal İraqdakı neft yataqlarının işlənməsi ilə bağlı xarici neft şirkətləri ilə bağladıqları müqavilələrin qanunsuz olduğunu və həmin neft yataqlarının istismarına yol verməyəcəklərini bəyan edir.

1055