ABŞ: Suriyaya 75 min əsgər göndərmək lazımdır
“Hizbullah” Hərəkatının Suriyada kimyəvi silahların saxlandığı bazaların yaxınlığında təlim mərkəzləri qurması ABŞ Müdafiə Nazirliyinin narahatlığını artırıb. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, kimyəvi silahların “Hizbullah” Hərəkatının əlinə keçməsindən qorxan Pentaqonun təxmini hesablamalarına görə, ABŞ-ın Suriyadakı kimyəvi silahları ələ keçirib zərərsizləşdirməsi üçün bu ölkəyə 75 min əsgər göndərməsi lazımdır.
Pentaqon bu silahların bir qisminin başqa bir yerə aparılıb zərərsizləşdirilməsinin çətin olduğu, ancaq bunun sınana bilinəcəyi qənaətindədir. Başqa bir alternativ variant silahların dənizdə basdırılmasıdır. Lakin bu variant da yetərli sayılmır.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama avqust ayında Suriyaya hərbi müdaxilə barədə düşünmədiklərini, lakin kimyəvi silahların başqalarının əlinə düşməsinin bu yanaşmanı dəyişdirəcəyini söyləmişdi.

Oxşar yazılar

Türkiyədə 44 meşə yanğını nəzarətə götürüldü
28 iyul 2025 , 02:28
Avropada ən çox mobil telefon oğurlanan ölkə
27 iyul 2025 , 12:49
Marketdə insanlara hücum edən şəxs 11 nəfəri yaraladı
27 iyul 2025 , 04:04
"Akkuyu" AES təhlükə altında - Yanğınlarla əhatə olundu
26 iyul 2025 , 22:50
Qatarda doğduğu uşağı tualetə atdı, həbs olunmadı
26 iyul 2025 , 19:22
Dünyada ilk kabab institutu fəaliyyətə başlayır
26 iyul 2025 , 19:17
Bu müsəlman ölkəsi niqabı qadağan etdi
26 iyul 2025 , 16:43