DTK zabitinin ölümündə sədrdən şübhələnirlər
Belorus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) sədri Vadim Zaytsevi tutduğu vəzifədən azad edib.
Lent.az-ın «BELTA»-a istinadən məlumatına görə,dövlət başçısı komitənin «işindəki çatışmazlıqla» əlaqələndirib.
Ancaq məsələ bununla bitmir. Onun vəzifədən azad edilməsi səbəblərindən biri kimi son zamanlar qurumda baş vermiş olayla əlaqələndirirlər.
«Hamı DTK polkovniki Aleksandr Kazakın intiharından xəbərdardır. Bu olayda başqa məsələlərdə var. Hadisənin dərindən araşdırılmasına ehtiyac duyulur»-deyə, DTK sədrinin vəzifəsini icra edən, Belorus Təhlükəsizlik Şurasının katibi Leonid Maltsev bildirib.
Onun sözlərinə görə, istintaq işlərinin obyektiv aparılması üçün Zaytsevin istefası vacib idi. O, keçmiş sədrin vəzifəsinə qayıdacağını da istisna etməyib.
DTK-nın yüksək rütbəli zabitinin intiharı ilə bağlı xəbər Belorus KİV-də ötən ayın sonunda yayılıb. Onun öldürülməsi də istisna edilmir.

1653