Gürcüstanda tutatutdur
Parlament seçkilərindən sonra Gürcüstanda vəziyyət qarışıb. Çoxları hakimiyyətin dinc yola təhvil verildiyini iddia etsə də seçkidən sonra olayların belə cərəyan edəcəyini proqnozlaşdıranlar çox güman ki az idi.
Noyabrın 7-də Gürcüstan ordusunun keçmiş baş qərargah rəisi hakimiyyətdən sui-istifadə ittihamları ilə saxlanıb. Gürcüstanda müxalifət bunu yeni hökumət başına gəlmiş "Gürcü Arzusu" koalisiyasının prezident Mikheil Saakaşvilnin müttəfiqlərinə qarşı repressiyası kimi qiymətləndirirlər.
Noyabrın 6-da da Gürcüstanın keçmiş daxili işlər və müdafiə nazirləri olmuş Bachu Axalaya həbs edilib.
Gürcüstanda baş verənlər haqqında «AzadlıqRadiosu»nun gürcü xidmətinin əməkdaşı Koba Liklikadze ilə söhbəti diqqətinizə çatdırırıq:
-Sizcə, bu həbslərin arxasında nə dayanır, ümumiyyətlə, hazırda Gürcüstanda nə baş verir?
Hələlik, biz yalnız rəsmi versiyanı bilirik ki, Cinayət Məcəlləsinin 333-cü maddəsinə əsasən iş qaldırılıb. Bu da bu vəzifə səlahiyyətlərini aşmaqdır. Rəsmi ittihamda digər bir maddə isə hərbiçilərlə nizamnamədən kənar davranışı nəzərdə tutur.
Əvvəl Gürcüstanın müdafiə naziri olmuş Bachu Axalaya həbs olundu. Gürcüstan mediasında onu “Saakaşvilinin baş cəlladı” adlandırırdılar. Onun adı məhbuslarla işgəncələrdə çəkilir. Çünki Axalaya həm də uzun müddət cəzanın icrası departamentinin direktoru işləyib sonra müdafiə naziri olub.
Noyabrın 7-də isə Gürcüstan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, general Georgi Kalandadze və dördüncü briqadanın komandiri Şama Tava saxlanıb.
-Necə düçünürsüz, baş verənlər nədən xəbər verir, bu Saakaşvilinin komandasına qarşı müharibədir?
-Gürcüstanda çoxdan çətin vəziyyət var idi, xalq çoxdan ədalət tələb edirdi.Ancaq təəssüf ki, Qərb və yaxın qonşularımız və həmkarlarımız Gürcüstan haqda az bilirlər. Onlar daha çox bizim ölkədə demokratik institutların qurulmasında uğurların olduğunu bilirlər. Amma bunlar bütün hakimiyyət institutunda insan haqlarının kobud pozulması ilə müşaiyət edilirdi, bunu bilmirlər.
Ən böyük təzyiqlər Müdafiə Nazirliyinə idi. 2008-ci ildə Rusiya ilə müharibədə məğlubiyyətdən sonra bu nazirlikdə zabitlər işdən qovulub, bəzilərini həbs edilib, casusluqda günahlandırılıb. Bunlar narazılıqlar doğururdu.
Odur ki, “Gürcü arzusu”nun ilk vədi və elə xalqın da seçkilərdə qalib gələn bu müxalifət koalisiyasından tələbi ədalətin və qayda-qanunun bərpası idi.
Büdcə intizamı pozulurdu, heç bir hökumət qurumu xərclədiyi pullarla bağlı hesabat vermirdi.
Ən pis nümunəni prezident Saakaşvilinin özü verirdi. Bu yaxınlarda məlum oldu ki, o, xidmətində 3 təyyarə saxlayırmış. Bir təyyarə Müdafiə Nazirliyinin idi və buna Gürcüstan ordusunda hərbiçilərin 1 aylıq maaşı qədər pul xərclənirdi.
İri layihələrə çoxlu pullar, 1 milyard dollardan artıq vəsait xərclənib. Yalnız Kutaisidəki parlamentin yeni binasına 400 milyon lari (təxminən 190 milyona manat) xərclənib, lakin hələ tikinti başa çatdırılmayıb. Kasıb ölkə üçün bu qədər pulların xərclənməsi narazılıq doğururdu. İndi baş verənləri qisasçılıq adlandırmazdım, sadəcə ədalət və qanun işləməyə başlayıb.
-Saakaşvilinin hazırkı komandasından daha kimlərinsə həbs olunması ehtimalı varmı? Bu haqda nələrsə danışılırmı?
-Hazırda Gürcüstanın keçmiş Ədliyyə naziri gizlənir. O, Saakaşviliyə ən yaxın məmurlardan biri hesab edilirdi, 7 il ədliyyə naziri olub, bir çox böyük işlərə rəhbərlik edib.
Bachu Axalayanın qardaşı Tata Axalaya da gizlənir. O, 2005-ci ilin ən səs-küylü qalmaqalı olan Sanro Gerqulyanin qətlində ittiham olunur. Yerli media onu qətlin təşkilində Daxili İşlər Nazirliyinin ən yüksək çinli məmurlarından biri kimi təqdim edir.
Həmçinin keçmiş müdafiə narizi gizlənir. Odur ki, bilmək olmaz bu ədalət ipinin ucu haracan uzanacaq. İndi bu haqda danışmaq çətindir. Hələ maddi yeyintilər də var.
-Belə anlaşılır ki, bu hələ başlanğıcdır...
-Həbslər əlbəttə çətindir. Onlar məmur olublar, bu aydındır, amma bu həm də şəxsi həyatdır, onların yaxınları üçün yuxusuz gecələrdir. Lakin ədalət elə bunun üçün düşünülüb.
Bəzi keçmiş hakimiyyət, indiki müxalifət nümayəndələri deyir ki, bu siyası qisasçılıqdır. Heç bir siyasi qisasçılıq olmamalıdır. Hakimlər düzgün qərarlar verməlidirlər. Əvvəllər olduğu kimi arqument və sübutsuz, demək olar ki, heç bir məhkəmə araşdırması olmadan hökmlər oxunmamalıdır. Mən çox ümid edirəm ki, indiki hakimiyyət buna yol verməyəcək.
-Bəs, prezident Saakaşvilinin özünün həbsi necə, gözlənilirmi?
-Saakaşvilini hələ bilmək olmaz, hələlik bilirik ki, onun büdcəsini 10 dəfə azaldıblar. Onun Prezident Administrasiyası üçün 50 milyon dollarlıq xüsusi fondu var idi. İndi Administrasiyanın büdcəsi ildə 10 milyon lari (təxminən 4.7 milyon manat) olacaq.
Dünən artıq binasının dəb-dəbəli çöl işıqlarını söndürüblər.
«AzadlıqRadiosu»

2312