Türkiyə NATO-dan “Patriot” istəyəcək
Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə-Suriya sərhədinə “Patriot” raket sistemi yerləşdirilməsi üçün NATO-ya rəsmi müraciət edəcək.
Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyinin yüksək rütbəli rəsmisi bu uzaq mənzilli raketlərdən Suriyada prezident Bəşər Əsədə sadiq qüvvələrin müxalifət və mülki şəxslər üzərinə hücumlarını dayandırmaq üçün istifadə edilməsi variantının müzakirə edilən ssenarilərdən biri olduğunu söyləyib.
Bu plan ABŞ-da keçirilən prezident seçkiləri ilə əlaqədar təxirə salınıb, ancaq Barak Obama yenidən ABŞ prezidenti seçildiyi üçün gündəmə gəlməsi qaçılmazdır. “Patriot” raket sistemləri Türkiyə-Suriya sərhədinə NATO-nun xətti ilə yerləşdiriləcək.
Qeyd edək ki, bir neçə gün əvvəl NATO baş katibi Anders Foq Rasmussen deyib ki, əgər Ankara Türkiyə-Suriya sərhədinə “Patriot” raket sistemlərinin yerləşdirilməsi ilə bağlı müraciət edərsə, alyans bunu müzakirə etmək məcburiyyətindədir.

Oxşar yazılar

Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər
30 iyul 2025 , 16:02
Dişini fırçalayan kişi ölümdən qayıtdı
30 iyul 2025 , 13:34
Zavodda partlayış: 4 nəfər öldü
30 iyul 2025 , 10:25
Kamçatkada 8,7 bal gücündə zəlzələ sunamiyə səbəb oldu - YENİLƏNİB
30 iyul 2025 , 05:53
Tramp Putinə 10 gün vaxt verdi - Əks halda...
29 iyul 2025 , 23:40
Naməlum şəxs beş nəfəri güllələdi - YENİLƏNİB
29 iyul 2025 , 07:30
Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi
28 iyul 2025 , 22:40