Gürcüstan ordusunun Baş Qərargah rəisi tutuldu
Noyabrın 7-nə keçən gecə Tiflisdə Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargah rəisi Georgi Kalandadze və 4-cü briqadanın komandiri Zurab Şamatava həbs olunub. Lent.az-ın “Qruziya Online”yə istinadən verdiyi məlumata görə, onlar səlahiyyət həddini aşmaqda ittiham edilirlər.
Agentlik qeyd edir ki, Kalandadze gecə yarısı təcili olaraq Müdafiə Nazirliyinə dəvət edilib. Onu elə nazirliyin binasındaca həbs ediblər. “Rustavi-2” telekanalının məlumatına görə, həbs yeni ədliyyə naziri Teya Tsulukianinin göstərişi ilə həyata keçirilib və yeni baş prokuror Arçila Kbilaşvilininin baş verənlərdən xəbəri olub.
Baş Qərargah rəisi və briqada komandiri keçmiş müdafiə naziri Baço Axalainin dindirilməsindən sonra tutulublar. Hələlik onlara qarşı rəsmi ittiham irəli sürülməyib.
Həbslər Gürcüstanda hökumətin dəyişməsindən sonra başlayıb. Xatırladaq ki, oktyabrın 1-də keçirilən seçkilərdə milyarder Bidzina İvanişvilinin yaratdığı “Gürcü arzusu” koalisiyası qalib gəlib. Oktyabrın sonunda yeni hökumət formalaşıb. Prezident Mixail Saakaşvili postunu qorusa da, o, faktiki olaraq parlament və hökuməti itirib.

Oxşar yazılar

Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər
30 iyul 2025 , 16:02
Dişini fırçalayan kişi ölümdən qayıtdı
30 iyul 2025 , 13:34
Zavodda partlayış: 4 nəfər öldü
30 iyul 2025 , 10:25
Kamçatkada 8,7 bal gücündə zəlzələ sunamiyə səbəb oldu - YENİLƏNİB
30 iyul 2025 , 05:53
Tramp Putinə 10 gün vaxt verdi - Əks halda...
29 iyul 2025 , 23:40
Naməlum şəxs beş nəfəri güllələdi - YENİLƏNİB
29 iyul 2025 , 07:30
Rusiya bu sərhəd keçid məntəqələrini bağlayacaq - Qərar verildi
28 iyul 2025 , 22:40