Barak Obama: “İraqda müharibə qurtarıb, Bin Laden öldürülüb...” - FOTO
APA-nın Vaşinqtona ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama bu sözləri Nyu-Hempşir ştatının paytaxtı Konkord şəhərində seçkiqabağı kampaniya çərçivəsində çıxışı zamanı deyib. O, ştat sakinlərini səsvermə günü aktiv olmağa çağırıb: “Həmin gün namizədinizi seçməklə, siz Demokrat, yaxud Respublika partiyasını deyil, gələcək dörd ildə inkişaf istiqamətini seçmiş olursunuz”.
Obama bəyan edib ki, son dörd ildə tərəqqi əldə olunub və bu tempi gələcəkdə də saxlamaq lazımdır: “Bizim hərbçilərimiz evdədir, İraqda müharibə qurtarıb, Əfqanıstana qurtarmağa yaxınlaşır, “əl-Qaida”nın rəhbərliyi zərərsizləşdirilib, Bin Laden öldürülüb”.
Seçki kampaniyasında iştirak edən sabiq prezident Bill Klinton seçkilərdə Barak Obamanın namizədliyini dəstəklədiyini deyib: “Çünki Obama dörd il ərzində ABŞ-ın təhlükəsizliyini müdafiə etməklə, özünü əsl Ali Baş Komandan kimi göstərdi. Kişi və qadın hərbçilərimizin Vətənə qayıtması üçün əlindən gələni etdi. O, iqtisadiyyatın inkişafı üçün hər şey edəcək, yeni iş yerləri açacaq”.
Bill Klinton bildirib ki, Barak Obamanın “Sendi” qasırğası ilə bağlı situasiyada siyasəti bir kənara qoyaraq, qasırğanın nəticələrinin aradan qaldırmaqla məşğul olması, onun liderlik keyfiyyətlərini təsdiqləyir. Barak Obamanı dəstək mitinqinə 15 minədək adam gəlib.
Qeyd edək ki, bu, prezident Barak Obamanın bu il Nyu-Hempşir ştatına 7-ci səfəridir. O bu gün Florida, Ohayo və Koloradoda seçicilər qarşısında çıxış edəcək. Prezident seçki kampaniyasını Ayova ştatında başa vuracaq.
Obamanın əsas rəqibi Mitt Romni də Nyu-Hempşir ştatına səfər edəcək. Onun bu gün Mançesterdə çıxışı nəzərdə tutulur.

Oxşar yazılar

Tramp 70-ə yaxın ölkəyə yeni tariflər tətbiq etdi
1 avqust 2025 , 06:28
Yeni dünya rekordu: 829 km uzunluğunda ildırım qeydə alındı
1 avqust 2025 , 03:47
Gürcüstan-Rusiya sərhədi nəqliyyat vasitələri üçün bağlandı - VİDEO
31 iyul 2025 , 22:10
"Euronews" telekanalı III Şuşa Qlobal Media Forumundan reportaj hazırladı - VİDEO
31 iyul 2025 , 20:46
Harris açıqladı - Namizəd olmayacaq
31 iyul 2025 , 04:03
Tehranda daha su yoxdur: İranın paytaxtı köçürülə bilər
30 iyul 2025 , 16:02
Dişini fırçalayan kişi ölümdən qayıtdı
30 iyul 2025 , 13:34