Əhmədinejad həbsxanaya dəvət edildi
Son zamanlar İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Tehrandakı «Evin» adlı zindana baş çəkmək istəyi ölkədə müəyyən siyasi qalmaqala səbəb olub.
Elə İranda azərbaycanlı siyasi məhbuslar ölkə prezidenti Mahmud Əhmədinejadaünvanladıqlar açıq məktubda da bu məsələ vurğulanıb.
Lent.az-ın «Amerikanın səsi» radiosuna istinadən məlumatına görə, məktubda həbsxanalardakı vəziyyət və şəraitdən bəhs edilir.
Dustaqlar məktubun tarixi mahiyyət daşıdığını deyərək, həbsxanalarda baş verənlərin ictimaiyyətin diqqətinə çatdırılmasının vacibliyini vurğulayıb.
Məktubda bildirilib ki, 2000 məhbus üçün nəzərdə tutulan Təbriz həbsxanasında 4000-dən çox məhbus saxlanılır: “Məhbusların yatmağa yerləri yoxdur. Onlar həbsxana məmurları tərəfindən daimi təhqirlərə, vəziyyətə etiraz edənlər isə işgəncələrə məruz qalır.
Hər 400 məhbus 10 tualet və 5 su şirində (kranından) istifadə edir. Təbriz həbsxanaları arasında ən yaxşı cəzaçəkmə müəssissəsi hesab edilən 15 saylı zindanda insanlar sabun və başqa bu kimi vasitələrdən məhrumdur. Onların yeməkləri yalnız kortof, yumurta və lobyadan ibarətdir.
Məhbuslar ailə üzvlərinin onları təmin edən pulla yemək almağa məcbur olur. İşlətdikləri cinayətlərə baxmayaraq, məhbuslar eyni yerdə saxlanılır.Halbuki İran qanunlarına əsasən cinayət törətmiş insanlarla siyasi məhbuslar bir yerdə saxlanılmamalıdır.
Əlbəttə, İran hökuməti ölkədə siyasi məhbus olduğunu inkar edir. Məhbuslar idman zalından məhrumdur. Hər 10 nəfərə kiçik bir televizor ayrılıb. Kitabxanada yalnız dini kitablar yer alır. Həbsxanada 600-dən çox dustaq əməyi günü 13 dollara 16 saat istismar edilir. Onlar xalçaçılıq, başmaqçılıq, dəmirçilik sahəsində işlər görür”
Azərbaycanlı məhbuslar Tehran həbsxanasının “Evin mehmanxanası” adlandırıldığını və prezidentin əsl zindanı görmək istəyirsə, Təbriz həbsxanasını ziyarət etməli olduğunu bildirib.
İran prezidenti bu yaxınlarda Tehranın Evin həbsxanasında şəraitlə tanış olmaq üçün Məhkəmə sisteminə müraciət etmiş,ancaq onun müraciəti rədd edilmişdi.

Oxşar yazılar

Ərdoğanı tənqid edən mafiya başçısı gecə klubunda öldü
8 iyul 2025 , 14:53
Makronu rüşvətdə ittiham edən deputatın asılmış meyiti tapıldı
8 iyul 2025 , 14:24
Polis bu qadının yerini deyənə 1 milyon verir
8 iyul 2025 , 11:28
İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 1060 nəfərə çatdı
8 iyul 2025 , 04:37
Qadın təyyarədə soyunub biznes-klassa keçmək istədi - VİDEO
7 iyul 2025 , 18:20
12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
7 iyul 2025 , 12:57
Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu
7 iyul 2025 , 11:56