“Sendi”nin qurbanlarının sayı 98-ə çatdı
02 noyabr 2012 10:17 (UTC +04:00)

“Sendi”nin qurbanlarının sayı 98-ə çatdı

“Sendi” qasırğası ABŞ-da 98 nəfərin həyatına son qoyub. Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, ən çox Nyu-York və Nyu-Cersi ştatlarında insan tələfatı olub.

Nyu-Yorkda 48, Nyu-Cersidə 13 nəfər qasırğa qurbanı olub. ABŞ Meteorologiya Xidməti isə növbəti həftə, 8-9 noyabr tarixlərində yeni bir qasırğanın ABŞ-ın şərq sahillərində dağıntı törədə biləcəyi barədə xəbərdarlıq edib. Yeni qasırğa “Sendi” qədər güclü olmayacaq, həm də özü ilə leysan yağış yox, qar gətirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 888

Oxşar yazılar