Berluskoni 4 il azadlıqdan məhrum edildi və... əfvə düşdü-YENİLƏNİB
26 oktyabr 2012 23:53 (UTC +04:00)

Berluskoni 4 il azadlıqdan məhrum edildi və... əfvə düşdü-YENİLƏNİB

İtaliyanın sabiq baş naziri Silvio Berluskoninin 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair çıxarılan qərara daha biri əlavə olunub.

Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, sabiq baş nazirə İtaliya həbsxanasında standartlardan çox məhbus olması ilə bağlı 2006-cı ildə qəbul edilmiş qanun şamil olunub və onunla bağlı qəbul edilmiş 4 illik azadlıqdan məhrumetmə cəzası bir ilə endirilib.

Milan Məhkəməsinin qərarı Silvio Berluskoninin 3 il ictimai sahədə fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur.

***
19.57
İtaliyanın sabiq baş naziri Silvio Berluskoni 4 il müddətinə azadlıqdan məhrum edilib. Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Milan Məhkəməsinin qərarı Silvio Berluskoninin 3 il ictimai sahədə fəaliyyətinə qadağa qoyulmasını da nəzərdə tutur.

Qeyd edək ki, Silvio Berluskoni seks qalmaqalları ilə bağlı 2011-ci ilin noyabr ayında baş nazir postundan istefa verib. Milan Məhkəməsinin qərarı isə seks qalmaqalları ilə deyil, vergi qaçaqmalçılığı ilə əlaqədardır. Silvio Berluskoninin sahibi olduğu “Gruppo Mediaset” media şirkəti ABŞ filmlərini yayımlamaq üçün lazım olan hüququ xaricdəki şirkətlərin vasitəçiliyi ilə əldə edib və vergidən yayınmaq üçün ödəmələr barədə yalan məlumat təqdim edib. Nəticədə 3 min filmlə bağlı vergidən yayınma nəticəsində 250 milyon avro gəlir əldə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2824

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35