Qəddafi tərəfdarları ilə döyüş: 11 ölü, 10 yaralı
18 oktyabr 2012 15:38 (UTC +04:00)

Qəddafi tərəfdarları ilə döyüş: 11 ölü, 10 yaralı

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Liviyanın devrilmiş və qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin tərəfdarlarının nəzarət etdikləri Ben-Valid ətrafındakı döyüşdə 11 nəfər ölüb, 10 nəfər yaralanıb.

Silahların işə düşməsinə səbəb Müəmmər Qəddafinin əsir götürülməsi və öldürülməsində iştirak etmiş Misrata silahlı qruplaşmasının üzvü Omran Şaabanın bu ilin iyulunda 3 nəfərlə birlikdə oğurlanması olub.

Omran Şaaban və iki nəfər aparılan danışıqlar nəticəsində oktyabrda azadlığa buraxılsalar da, məruz qaldığı ağır işgəncə sağlamlılığa ağır zərbə olub. Omran Şaaban Fransada müalicə almağa getsə də, həkimlər onun həyatını xilas edə bilməyiblər. Dünən isə silahlı qruplaşmalar Müəmmər Qəddafi tərəfdarlarından Omran Şaabanı oğurlayan və işgəncə verənləri tələb etsələr də, rədd cavabı alıblar. Bundan sonra da döyüş başlayıb.

Ümumiyyətlə, hələ də Liviyada təhlükəsizliklə bağlı ciddi problemlər mövcuddur. Yalnız Müəmmər Qəddafi tərəfdarları ilə yeni rejimin tərəfdarları deyil, Müəmmər Qəddafiyə qarşı döyüşmüş silahlı qruplaşmaların özləri arasında da tez-tez silahlı toqquşmalar qeydə alınır. Hökumətin silahları yığmaq yönündə səyləri isə hələ ciddi nəticə vermir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar