Hamilə qadını şoka salan görüntü – FOTO
0
0
Braziliyada inanılmaz hadisə baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 10 həftəlik hamilə olan Pamela də Souza ultrasəs müayinəsindən (USM) keçib. USM aparatındakı görüntü analığa namizədi şoka salıb. Ekranda Souzanın 4 ay əvvəl ölən qayınanasının siluetini görüb. Bundan sonra uzun müddət özünə gələ bilməyən gənc qadın görüntünü həyat yoldaşı Marseloya göstərib. Həmin görüntüdəki qadının anasına bənzədiyini deyən Marselo bunları söyləyib: "Anamın körpəni görmək üçün gəldiyinə inanıram. Yoldaşım bu hadisədən sonra yata bilmir. Anamın yuxarıdan hələ də bizi izlədiyinə əminəm".
3 yaşında qızı olan Pamela isə bildirib ki, gecələr kabus görsə də, övladının yaxşı olmasına görə şükür edir.
3 yaşında qızı olan Pamela isə bildirib ki, gecələr kabus görsə də, övladının yaxşı olmasına görə şükür edir.
0
0