«Atəşi Əsəd dayandırmalıdır»
18 oktyabr 2012 00:19 (UTC +04:00)

«Atəşi Əsəd dayandırmalıdır»

Bəşar Əsəd hakimiyyəti Qurban bayrаmı ərəfəsində atəşi birinci kəsməlidir.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, BMT və Ərəb Liqasının Suriya məsələləri üzrə özəl təmsilçisi Lahdar İbrahimi Livana səfəri zamanı belə deyib.

Onun sözlərinə əsasən, danışıq apardığı müxalifətin hamısı atəşi dayandırmağa hazır olduqlarını bildiriblər: «Bunun üçün ilk addımı hakimiyyət atmalıdır».

Bayram günlərində atəşin 4 gün kəsilməsini o, silahlı münaqişənin dayanması yönündə «mikroskopik addım» sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 737

Oxşar yazılar