Şaxta Baba ABŞ prezidenti olmaq istəyir
16 oktyabr 2012 18:23 (UTC +04:00)

Şaxta Baba ABŞ prezidenti olmaq istəyir

Lent.az-ın “Capital Gazette” nəşrinə istinadən verdiyi məlumata görə, 65 yaşlı Nevada sakininin adı və soyadı doğrudan da Santa Klausdur.

Əvvəllər adı Tomas Patrik O Konnor olan qoca 2005-ci ildə sənədlərini dəyişərək Santa Klaus adını götürüb.

Santa Klaus əvvəllər Nyu-Yorkda polisdə işləyib. Klaus deyir ki, qalib gələcəyi halda öz marallarını da Vaşinqtona gətirəcək ki, Ağ Evin qarşısındakı çəmənlikdə otlasınlar.

Yeri gəlmişkən, Klaus ABŞ prezidentliyinə namizəd olan onlarla şəxsdən biridir. Dünya isə ancaq Obama-Romni yarışmasından danışır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1618

Oxşar yazılar